Tehran, 25 may, AZƏRTAC
Son 24 saat ərzində İranda 2023 nəfər koronavirusa yoluxub, 34-ü isə həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə bu günə kimi İranda 137 min 724 nəfər virusa yoluxub, 7451-i isə ölüb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 107 min 713 nəfər sağalaraq evə buraxılıb.
Mətbuat katibi bildirib ki, hazırda intensiv terapiya şöbəsində müalicə alan 2585 nəfərin vəziyyəti ağır olaraq alır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Mənbə: azertag.az