Ölkə ərazisində əsən şiddətli külək yük maşınlarını aşırıb - VİDEO

Ölkə ərazisində əsən şiddətli külək yük maşınlarını aşırıb - VİDEO

Son bir neçə gündə ölkə ərazisində əsən külək ara-ara şiddətlənərək ağır fəsadlar törədib.
Bu kimi hallar təkcə ağacların aşmasına, dam örtüklərinin uçmasına deyil, hətta yollarda hərəkət edən yük maşınlarının və qoşqularının aşmasına da səbəb olub.
YPX.AZ xəbər verir ki, ölkə ərazisində şəhərlərarası yollarda hərəkət edən sürücülər küləyin qaldırdığı qum fırtınasından əziyyət çəkiblər. Hətta bəzi yük maşınları yolda hərəkət edərkən nəqliyyat vasitələri şiddətli külək səbəbi ilə hərəkət etməkdə çətinlik çəkib, bəziləri isə aşıblar.
Bu kimi halların əks olunduğu görüntüləri sizlərə təqdim edirik:

Mənbə: ypx.az