"Reanimasiyada cəmi 32 boş yer qalıb" - Erməni nazirdən etiraf

"Reanimasiyada cəmi 32 boş yer qalıb" -  Erməni nazirdən etiraf

Ermənistanın səhiyyə naziri Arsen Torosyan etiraf edib ki, ölkədə koronavirusun kəskin yayılması fonunda reanimasiyalarda yataq çatışmazlığı var. Azvision.az xəbər verir ki, bu barədə o, “Facebook” hesabında yazıb.

"Hazırda koronavirus xəstələrinin müalicəsi üçün ayrılmış 186 reanimasiya çarpayısından 154-ü məşğuldur. Cəmi 32 boş yataq qalır. İndi 230 ağır, 52 həddindən artıq ağır vəziyyətdə olan xəstə var", - deyə Torosyan bildirib.

Xatırladaq ki, Ermənistanda koronavirusa yoluxma kəskin şəkildə artmaqdadır. Bu günün statistikasına əsasən, yoluxma sayı 7133-ə çatıb, 87 nəfər ölüb.

Hökumət koronavirusdan vəfat edən daha 39 nəfərin "digər xəstəliklərə görə" öldüyünü bildirir. Ermənistan mətbuatı isə ümumi ölüm sayının 126 olduğunu yazır.

Pərvanə Sultanova
Azvision.az

Mənbə: azvision.az