Parklanma üstündə mübahisə yarandı, məsələyə polis müdaxilə etdi - VİDEO

Parklanma üstündə mübahisə yarandı, məsələyə polis müdaxilə etdi - VİDEO

Bu gün Nərimanov rayonunda parklanma üstündə sürücü ilə parklanma nəzarətçisi arasında mübahisə yaranıb.
YPX.AZ xəbər verir ki, hadisə Nəriman Nərimanov metro stansiyası yaxınlığında “McDonalds” restoranının arxa hissəsində baş verib.
Belə ki, yolun kənarında avtomobil park etmək istəyən xanım sürücüyə bir nəfər şəxs yaxınlaşaraq parklanma üçün bir manat pul tələb edib və əgər ödəniş etməyəcəksə parklanmaya icazə vermədiyini bildirib. Xanım sürücü isə buna etiraz etdikdə özünü parklanma nəzarətçisi kimi təqdim edən şəxs xanım sürücü ilə mübahisə etməyə başlayıb. Həmin şəxsin xənıma səsini ucaldaraq üzərinə qışqırdığını görən digər sürücülər məsələyə müdaxilə ediblər.
Sonradan aydın olub ki, həmin şəxs parklanmaya qeyriqanuni nəzarət edir və bunun üçün nə icazəsi var, nədə belə bir işin icraçısı olduğuna aid hansısa sənədi.
Hər kəsin onu qınadığını və haqsız olduğunu bildirdiyini görən şəxs polisə zəng edib və hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Hadisə yerinə cəlb edilən polis əməkdaşları hadisəni yerindəcə araşdıraraq müəyyən ediblər ki, həmin şəxs həqiqətən icazəsiz və qanunsuz olaraq fəaliyyət göstərir və sürücülər haqlıdılar.
Polis əməkdaşları qanunsuz vətəndaşlardan pul yığan və onları narahat edən şəxsi polis bölməsinə aparıblar.
Qeyd edək ki, bu məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin ən son açıqlamasında bildirilmişdi ki, Nazirlər Kabineti parklanma ilə bağlı qanun qəbul edənədək parklanmanın qadağan edilmədiyi yerlərdə parklanma etmək ödənişsizdir.

Mənbə: ypx.az