Virusa yoluxanların sayı 5 milyon 502 mini ötüb - Ölənlərin sayı isə 346 mini ötüb

Dünya üzrə yeni növ koronavirusa yoluxanların sayı 5 milyon 502 min 700-ü ötüb.

Ölənlərin sayı isə 346 min 700-dür . Bu virusdan sağalanların sayı 2 milyon 303 min 300-ü ötüb. 53 min 222 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir. Ölkələr üzrə ölüm və yoluxma sayına görə ilk pillədə olan Amerika Birləşmiş Ştatlarında virusdan dünyasını dəyişənlərin sayı 99 min 300 məfərdir. Yoluxanların sayı isə 1 milyon 686 min 436 nəfərdir. Epidemiyaya yoluxma sayına görə Braziliya dünya üzrə 2-ci sıradadır. Bu ökədə virus daşıyıcılarının sayı 365 min 213 nəfərdir, infeksiyadan həyatını itirənlərin sayı isə 22 min 746-dır. Rusiya virus daşıyıcılarının sayına görə 3-cü yerdə qərarlaşıb. Ölkədə virusa yoluxanların sayı 344 min 481 nəfərdir. Həyatını itirənlərin sayı isə 3 min 541-dir.

Atv.az

ƏVVƏLKİ XƏBƏR

Qazaxda ikimərtəbəli ev yandı

SONRAKI XƏBƏR

Çində 5 yaşlı uşaq son anda xilas edilib - Hündürmərtəbəli binanın balkonundan sallanıb