Ermənistanda koronavirus sürətlə yayılır - Bir gündə 452 nəfərdə virus aşkarlanıb

Ermənistanda koronavirus sürətlə yayılır - Bir gündə 452 nəfərdə virus aşkarlanıb

Ermənistanda koronavirusla bağlı vəziyyət getdikcə nəzarətdən çıxır.

Bu ölkədə ötən sutka ərzində daha 452 nəfərdə COVID-19 virusu aşkarlanıb. 6 nəfər isə virusun qurbanına çevrilib. “Sputnik Armenia” verdiyi xəbərə görə, Ermənistanda koronavirusa yoluxanların sayı 7113 nəfərə, ölənlərin sayı isə 87 nəfərə çatıb. 3145 nəfər isə müalicə olunaraq evə buraxılıb.

Mənbə: www.atv.az