1963-cü ildən bəri: Hələ də yoxsulluq və zorakılıq...

Afrika Birliyi (AfB) Komissiyasının prezidenti Moussa Faki Mahamat qitədəki əhəmiyyətli irəliləyişlərə baxmayaraq, yoxsulluq, zorakılıq və hökumətlərdəki problemlər səbəbiylə Afrikanın inkişaf edə bilmədiyini söyləyib.

Cebhe.info xəbər verir ki, 25 may Afrika xalqlarının xarici hökmranlıqdan və müstəmləkədən qurtulmaq əzmini xatırlamaq üçün 1963-cü ildən "Afrika günü" kimi qeyd olunur. Bu gün münasibətilə yazılı açıqlama verən Mahamat "Qitədə siyasi, iqtisadi və sosial irəliləyişlər var, lakin bu, dəhşətli çatışmazlıqları gizlədə bilməz.

Zorakılıq və yoxsulluq Afrikanın inkişafına mane olur",- deyə bildirib. Mahamat terrorizm, seçkidən sonrakı böhranlar, qəbilə və dini qarşıdurmaların Afrikanı daim əhatə etdiyini, lakin bu problemlərin həllinə hələ də imkan və ümidin olduğunu qeyd edib.

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

COVİD-19 dünya ölkələrini bir-birinə düşmən etdi

SONRAKI XƏBƏR

10 yaşında boşanmış qızın əhvalatı - Foto