Bu kənddə 10 ildir oğlan doğulmur - SƏBƏBİ BİLİNMİR

2010-cu ildən bəri yalnız qızların doğulduğu Polşanın Meiscye-Odjanske kəndində on ildə ilk dəfə bir oğlan uşağı dünyaya gəlib. Bu barədə Daily Mail məlumat yayıb.

KONKRET.az xəbər verir ki, 2019-cu ilin avqust ayında kəndin bələdiyyə başçısı Rajmund Frişko oğlan uşağının doğulması üçün mükafat vəd etdiyi zaman bütün dünyada məşhurlaşmışdı. Bu hadisədən 10 ay sonra 2020-ci il mayın 2-də kənddə oğlan usagı doğulub. Körpənin valideynləri Meiscye-Odjanskedə yaşayan Anna və Qjeqoj Milekdir. Cütlük körpəyə Bartek adını verib.

Frişko “New York Times”a verdiyi müsahibəsində uşağın valideynlərinə vəd etdiyi hədiyyənin nə olduğunu açıqlamayıb. Ancaq çoxdan gözlənilən körpənin şərəfinə küçələrin birinə onun adının verilməsi barədə düşündüyünü söyləyib.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanın müsəlman ölkələrindəki diplomatik nümayəndələrinə xüsusi tapşırıq verildi

SONRAKI XƏBƏR

Peyvənd koronovirusdan qoruyacaqmı? – İngiltərə alimlərindən vacib açıqlama