Millət vəkilindən 5 yaşlı Səccad barədə - Açıqlama

Ötən gün Mingəçevirdə baş verən qəzada ağır yaralanın 5 yaşlı Səccad Məmmədli reanimasiyadadır.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə qeyd edib. O bildirib ki, S. Məmmədlinin ağciyərində və bədənindəki bir neçə zədəsi ilə bağlı müalicə olunur:

“Uşaq ciddi nəzarətdədir. Müalicə tibbi sığorta hesabına aparılır. Səccadın valideynləri və qohumları ilə söhbət etdim. Həkimlə söhbətimi onlara danışdım, onları dinlədim. Onlara maddi yardım təklif etsəm də imtina etdilər. Uşaqla vaxtaşırı maraqlanacağam”.

Qeyd edək ki, ötən gün Mingəçevirdə minik avtomobili idarəetməni itirərək yol kənarında Ramazan bayramını qeyd etmək üçün qoyulmuş stol ətrafında toplaşan insanlara çırpılıb. Nəticədə 13 nəfər, o cümlədən 10 uşaq müxtəlif dərəcəli xəsarət alıblar.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Yaponiyanın kosmik yük daşıyıcısı Beynəlxalq Kosmik Stansiyası ilə birləşib

SONRAKI XƏBƏR

Gəncədə AĞIR QƏZƏ: “ВАЗ” 15 metrlik quyuya düşdü - ÖLƏN VAR