Gəncədə AĞIR QƏZƏ: “ВАЗ” 15 metrlik quyuya düşdü - ÖLƏN VAR

Gəncə şəhərinin Kəpəz rayonunda “ВАЗ” markalı minik avtomobilinin dərinliyi təxminən 10-15 metr olan quyuya düşüb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisə ilə bağlı "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Millət vəkilindən 5 yaşlı Səccad barədə - Açıqlama

SONRAKI XƏBƏR

İspaniya əcnəbilər üçün 14 günlük karantini ləğv etdi