Bakıda Mədəniyyət Evinin acınacaqlı durumu – Foto

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində bir vaxtlar öz əzəməti ilə seçilən və tarixi binada yerləşən Mədəniyyət Evinin hazırkı durumu sakinləri ciddi narahat edir.

Bu barədə Kult.az-a məlumat verən sakinlərin sözlərinə görə, Mədəniyyət Evi uzun illərdir ki, baxımsız vəziyyətdədir.

“80-90-cı illərə qədər bu Mədəniyyət Evində tamaşalar göstərilib, filmlər nümayiş olunub, dərnəklər fəaliyyət göstərib. Ancaq illərlə baxımsızlıq nəticəsində bu vəziyyətə düşüb”, - sakinlər qeyd edib.

Onların sözlərinə görə, Mədəniyyət Evi hazırda şəhid Zaur Qurbanovun adını daşıyır.

“Böyük bir qəsəbədə yerləşən nadir və tarixi Mədəniyyət Evinin təmir edilib, yenidən sakinlərin ixtiyarına verilməsi həm də şəhidimizin adına hörmət olar”, - sakinlər bildiriblər.

Qeyd edək ki, DTX-nin keçirdiyi əməliyyat nəticəsində Mədəniyyət Nazirliyinin yüksək vəzifəli məmurları korrupsiya və rüşvətə görə həbs edilib. Nazirliyin uzun illərdir dövlət vəsaitlərini təyinatı üzrə xərcləmədiyi də üzə çıxıb.

Hazırda istintaq davam edir.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

İspaniya əcnəbilər üçün 14 günlük karantini ləğv etdi

SONRAKI XƏBƏR

RUSİYADA İQTİDAR DÜŞƏRGƏSİNDƏN ABŞ-a GÖZ QIRPANLAR:Corc Soros hakimiyyətdaxili elit qüvvələrlə işbirliyi edir