Sumqayıtda avtomobil idarəetmədən çıxaraq ağaca çırpıldı

Sumqayıtda avtomobil idarəetmədən çıxaraq ağaca çırpıldı

Foto: "Report"

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, 99-CU-668 dövlət nömrə nişanlı, "Nissan Teana" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil ağaca çırpılıb. Hadisə nəticəsində ağac aşıb və avtomobilə ciddi ziyan dəyib. Qəza yerinə DYP əməkdaşları, təxliyə maşını gəlib.

Mənbə: report.az