Rusiyada hərbi helikopterin sərt enişi nəticəsində 4 nəfər ölüb

Rusiyada hərbi helikopterin sərt enişi nəticəsində 4 nəfər ölüb

Rusiyanın Çukotka muxtar dairəsində “Mi-8” hərbi vertolyotunun sərt enişi zamanı 4 nəfər həlak olub.

APA TASS-a istinadən xəbər verir ki, hadisə Anadırada yerləşən Kömür Mədənləri hava limanında baş verib.

Çukotka rəsmi dairələrindən bildirilib ki, ilkin məlumata görə, vertolyotun qəzaya uğramasına texniki problemlər səbəb olub.

Vertolyotun 15 metr hündürlükdən yerə çırpıldığı bildirilib.

Mənbə: apa.az