Masallıda vətəndaş dövlət qayğısından məhrumdur... - VİDEO

Masallıda vətəndaş dövlət qayğısından məhrumdur... - VİDEO

Bu günlər kiminsə acınacaqlı vəziyyət ilə insanları təəcübləndirmək çox çətindir. “Korona xeyriyyəçiləri”nin yardımlaşma prosesində onlarla, yüzlərlə ailənin necə çətin durumda olduğuna şahidlik etdik. Sanki dərdlər də adiləşdi, ən insaflıların da qəlbi daşlaşdı. Belə düşündülər ki, bunlar bir deyil, iki deyil hansına yardımçı olaq? Ancaq yenə də ürəyi ilə bacarmayanlar var.
Bu günlərdə Masallıda fəaliyyət göstən “Ümidim sənsən” İctimai Birliyinə kömək üçün daha bir çağırış oldu. Çağırışdan bəlli olurdu ki, 15 il öncə Yardımlıdakı ağır güzəranına əlac tapmaq üçün Masallıya köçən Rəhmanovlar ailəsi dərdlər içində çabalayır.
Bərbad gündə olan, təxminən 20 kvadratmetrlik bir otaq. Burada 10 uşaq böyüyüb. Onlardan 5-i min zülmlə ailə həyatı qurub. Hazırda isə 5 uşaq, ata, ana və 73 yaşlı nənə bu ev deyiləsi mümkün olmayan otaqda yaşayır.
Uşaqlar əyin-baş bir yana, bəzən corab almağa belə pul tapmırlar. Uşaqların əksəriyyəti hərfləri tanımır. Ata imkan düşəndə “taksavatlıq” edir, anası isə harada iş oldu, çiyələk yığma, ev yığışdırmaq və sair işlərlə 5-10 manat qazanır.
Təsəvvür edin, Masallı şəhərinin mərkəzində, Mərkəzi Xəstəxanadan bir az içəridə 8 nəfərlik ailə dərdlər içində çabalayır. Yağış yağanda daldalanmağa yer tapmırlar. Ailədə düz-əməlli bir telefon da yoxdur ki, əlaqə saxlayasan.
Masallı şəhərində yaşayan Hacı xanım adlanan bir xeyriyyəçi insanın dəstəyi ilə “Ümidim sənsən” İB-nin rəhbəri Fidan Abbaslı bu ailəyə yardımçı oldu. Hətta ailəyə kiçik bir telefizor da bağışlayıb.
Həmin gün Yardımlıdan olan bloger Cəlil Zabidov da təsadüfən qonağımız idi. Birlikdə gedib çəkiliş etdik.
Daha nə deyək, hər şey bəlli.
Nə daimi iş yeri, nə sosial yardımı, nə digər qazancı olmayan bu ailə dərdlər əlində çabalayır. Ən adi gündəlik tələbat məhsulu da ailəyə yardımdır.
Bu ailə siz görən kasıblardan deyil, sanki kasıbçılığın simvoludur. İmkanı olan köməyini əsirgəməsin.
Cenub.az
 

Mənbə: www.dia.az