Sahil Babayevə MÜRACİƏT - "...xəstəyəm, baxanım yoxdur"

Sahil Babayevə MÜRACİƏT - "...xəstəyəm, baxanım yoxdur"

DİA.AZ: - Bakı şəhər, Sabunçu rayon. Sabunçu qəsəbəsi, Ə. Məmmədəliyev küçəsi, ev 11-də qeydiyatda olan müvəqqəti Xəzər rayon, Binə qəsəbəsi, Sovxoz ərazisində pis vəziyyətdə yaşayan Hüseynov Gülağa Əziz oğlu tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"11 may 2020-ci ildən müraciətimə baxılmır, bildirmək istəyirəm ki, mən Xəzər rayon, Binə qəsəbəsi, Sovxoz ərazisində Laçın rayonundan məcburi köçkün Fərman adlı şəxsin köməkdarlığı ilə bir mənzildə yerləşdirilmişəm. Mənim yaşamağıma səbəbkar Fərman və ailəsidir, yaşayış tərzim çox pisdir, 1951-ci ildə anadan olmuşam, tənha yaşlı insanam. Hal hazırda xəstəyəm, baxanım yoxdur. Mənim yaşamağım üçün Qocalar evinə yerləşdirilməyimə ehtiyacım var.
Sizdən xahiş edirəm ki, mənim yaşlı, tənha olduğumu nəzərə alaraq Qocalar evinə yerləşdirilməyimə köməkdarlıq edəsiniz".


 

Mənbə: www.dia.az