Göygöldə minik maşını idarəetmədən çıxaraq aşdı: Ər-arvad yaralandı

Göygöldə minik maşını idarəetmədən çıxaraq aşdı: Ər-arvad yaralandı

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Balçılı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Chevrolet Cruze” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə, avtomobil yoldan çıxaraq, bir neçə metr kənara aşıb.

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: seherxeber.org