İranın güclü meşə yanğınları baş verib- Alovu söndürməyə 5 yanğınsöndürən helikopter və təyyarə cəlb edilib

İranın güclü meşə yanğınları baş verib- Alovu söndürməyə 5 yanğınsöndürən helikopter və təyyarə cəlb edilib

Yerli rəsmilərin məlumatına görə, alov ilkin olaraq "Xəng Bonar" meşələrindən başlayıb, daha sonra geniş əraziyə yayılıb.
Kohgiluyə və Boyer-Əhməd əyalətinin Böhranların İdarə Edilməsi Təşkilatının sədri Vəhid Məhəmməditəbar məsələ ilə əlaqələ deyib ki, alov dünən günorta saatlarında söndürülsə də, bir müddət sonra yenidən başlayıb.
Yanğının söndürülməsi üçün əraziyə 5 yanğınsöndürən helikopter və təyyarənin cəlb edildiyi qeyd edilir.
Hadisə nəticəsində 150 hektardan çox meşə ərazisi və əkin sahəsi külə dönüb. Rəsmilər alovun qəsdən törədilməsini versiyasını istisna etmirlər.

Mənbə: davam.az