Bu ölkə koronavirusdan ölənlərin sayına görə birinci oldu

Bu ölkə koronavirusdan ölənlərin sayına görə birinci oldu

Braziliya koronavirusdan ölənlərin sayının artmasına görə birinci olub.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Conns Hopkins Universitetinin saytında bildirilir.

Belə ki, son sutka ərzində bu ölkədə 807 nəfər koronavirusun qurbanı olub və Braziliya gündəlik ölüm artımına görə dünyada birinci yerə çıxaraq, son 24 saat ərzində 620 nəfərin öldüyü ABŞ-ı ötüb.

Ümumilikdə isə Braziliyada 23,4 min nəfər bu xəstəlikdən ölüb.

Son məlumatlara əsasən, Braziliya koronavirus infeksiyasına yoluxanların sayına görə ikinci yerdədir - 374,8 min nəfər. Bu ölkədə sağalanların sayı isə 153,8 min nəfərə çatıb.

Natəvan Baxşiyeva

 

Mənbə: big.az