Suriyada "M-4" magistral yolu istifadəyə verildi

Suriyada "M-4" magistral yolu istifadəyə verildi

Eastnews.org-un verdiyi xəbərə görə, Suriyada “M-4” magistral yolunun mülki vətəndaşların istifadəsinə verildiyi açıqlanıb.

Bu barədə SANA müxbiri məlumat verib.
Məlumata əsasən, terrorçular tərəfindən dağıdılan yolun əl-Yarubiyyəylə Hələbi birləşdirən hissəsi yenidən bərpa edilib və təhlükəsiz hərəkət təmin edilib.

Xatırladaq ki, sözügedən yol ötən ilin noyabrında Suriya ordusu Raqqa vilayətində, Hasakə və Hələb vilayətinin şərqindən keçən magistral yolun hər iki hissəsinə nəzarəti ələ aldıqdan sonra açılmışdı.
Qeyd edək ki, beynəlxalq “M-4” yolu əl-Yarubiya kəndindən Qamışlı, Hasakə, Təl Tamr, Ayn-İsa, Manbic şəhərlərindən Hələb şəhərinə keçir, daha sonra Səraqibdən Lazkiyəyə qədər uzanan “M5” magistral yolu ilə kəsişir.

Mənbə: SANA

Mənbə: eastnews.org