Gəncədə kişi evində bıçaqlanıb

Gəncədə kişi evində bıçaqlanıb

Gəncədə qətl baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Belə ki, orta yaşlı kişinin meyiti evində tapılıb. Məlumata görə, o, bıçaqla qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: redaktor.az