Bakıda evlərdən 6 700 manatlıq oğurluq edildi

Bakıda evlərdən 6 700 manatlıq oğurluq edildi

Bakıda evlərdən oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il fevralın 1-də və martın 9-da rayon ərazisindəki 2 evdən ümumilikdə 1700 manat pul, 5 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Ağasıyev saxlanılıb.

Mənbə: report.az