Xəstəliyinə görə damarlarını doğrayıb özünü öldürdü

Xəstəliyinə görə damarlarını doğrayıb özünü öldürdü

Çoxlu qanitirmədən ölüb

Qubada 57 yaşlı kişi venasını doğrayaraq intihar edib.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Qubanın Mirzəməmmədkənd kəndində qeydə alınıb.

Rayon prokurorluğuna bu kənddən bir nəfərin qolları kəsilmiş halda tapılması barəsində polis şöbəsinin növbətçi hissəsindən məlumat daxil olub. Məlumata əsasən Quba rayon prokuroru Elman Süleymanov, böyük müstəntiq Təqan Vəliyev və polis şöbəsinin əməkdaşları hadisə yerində olublar. İlkin araşdırma zamanı məlum olub ki, Mirzəməmmədkənd sakini, 57 yaşlı Elqar Xunbutan oğlu Babayev hər iki qolunun vena damarlarını doğrayıb və çoxlu qanitirmədən ölüb.

Hadisə yerinə və meyitə baxış keçirilib. Meyit tibbi ekspertiza edilib. Araşdırmalarla aydın olub ki, damarlarını kəsən şəxs 57 yaşlı Elqar Babayev nevroloji xəstəlikdən əziyyət çəkirmiş. 1985 -ci ildən Quba rayon mərkəzi xəstəxanasının psixiatrik kabinetində qeydiyyatda olub. İndiyədək 44 dəfə stasionar müalicədə olan Elqar Babayev sonuncu dəfə mayın 2-dən 18-dək Qubadakı Rayonlararası Psixonevroloji Reabitasiya Mərkəzində müalicə mərkəzində keçibmiş. Onun xəstəlik səbəbindən özünü öldürdüyü ehtimal edilir.

Mərhum subay olub və tək yaşayırmış. Onun qolları kəsilmuş halda meyitini yaşadığı evdə qardaşı oğlu Hikmət Babayev aşkar edib və hüquq-mühafizə orqanlarına məlumat verib.

Quba rayon prokurorluğunda faktla bağlı araşdırma başlayıb.

Mənbə: istipress.com