Rusiyada ötən gün 9 minə yaxın koronavirusa yoluxma qeydə alınıb

Rusiyada ötən gün 9 minə yaxın koronavirusa yoluxma qeydə alınıb

Rusiyada koronavirusa yoluxma göstəriciləri artır.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 8 915 nəfər virusa yoluxub, 174 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 362 342 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 3 807 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 131 129 nəfər virusdan sağalıb, 227 406 nəfərin müalicəsi isə davam edir.

Mənbə: az.trend.az