Apteklərdən dərman oğurlanıb

Apteklərdən dərman oğurlanıb

Sumqayıtda mağaza və apteklərdən oğurluq olub.

DİN mətbuat xidmətindən Lent.az -a verilən xəbərə görə, bu il aprelin 24-dən mayın 23-dək olan müddətdə şəhər ərazisindəki 4 mağazadan və 2 aptekdən pul, noutbuk, monitor, akkumulyator, tütün məmulatı və dərman preparatları oğurlanıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini C.Mustafayev saxlanılıb.

Mənbə: lent.az