İt döyüşləri təşkil edənlərlə bağlı araşdırma başladı

İt döyüşləri təşkil edənlərlə bağlı araşdırma başladı

Azərbaycanda qadağan edilən it döyüşlərinı təşkil edən şəxslərlə bağlı DİN araşdırmaya başlayıb.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov bildirib ki, qanunsuz it döyüşləri ilə bağlı yayılan görüntülərdən məlumatları var.

“Hazırda həmin şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər görülür. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”, - Z.Hüseynov deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə “Heyvanların ölümcül oyunu” adlı forum yaradılaraq, itlərin pulla döyüşdürülməsi barədə məlumat yayılıb.

Mənbə: axar.az