ABŞ-da koronavirusdan ölənlərin sayı 100 minə yaxınlaşır

ABŞ-da koronavirusdan ölənlərin sayı 100 minə yaxınlaşır

Amerikada bir gündə 491 nəfər koronavirusdan öldü Amerikada koronavirusdan həyatını itirənlərin sayı kəskin artıb.

Cebhe.info xəbər verir ki, ölkədə son sutka ərzində 491 nəfər virusun qurbanı olub. Bununla da ümumi ölüm sayı 99 847-ə yüksəlib. ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 1 milyon 700 mindən artıqdır.

Bu göstərici ilə o, dünyada ilk yerdədir. Braziliya isə 400 min yoluxma ilə ikinci sıradadır. Həmçinin, Braziliya son sutkadakı ölüm sayına görə də (807) ABŞ-ı ötüb.

Naibə
Cebhe.info

Mənbə: cebhe.info