Braziliyada şok: Xəstələr meyitlərlə bir arada - FOTO

Braziliyada şok: Xəstələr meyitlərlə bir arada - FOTO

210 milyon əhalisi olan Braziliya koronavirus pandemiyası səbəbindən çökmək üzrədir. Hər keçən gün ölkə ilə bağlı şok görüntülər yayılmaqdadır.

Axar.az Musavat.com-a istinadən bildirir ki, Braziliya koronavirus bəlasından ən çox əziyyət çəkən ölkələr sırasındadır. Belə ki, bu günə qədər ölkədə 376.669 nəfərdə koronavirus aşkarlanıb ki, onların da 23.522 nəfəri dünyasını dəyişib.

Ölkədə koronavirusla bağlı qorxunc vəziyyəti əks etdirən çoxlu sayda görüntülər yayılmaqdadır. Onlardan biri də ölkənin ikinci böyük şəhəri olan Rio-de-Janeyroda yerləşən xəstəxanadan çəkilmiş görüntülərdir.

Yayılan fotolardan belə aydın olur ki, xəstəxanada müalicə alan xəstələr meyitlərlə yan-yan qoyulub və onların arasına sadəcə bir pərdə çəkilib. Səbəb isə xəstəxanada morq şöbəsinin meyitlərlə dolması ilə əlaqədardır.

Qeyd edək ki, Braziliya koronavirusdan ölənlərin sayına görə dünyada ABŞ, İngiltərə, İtaliya, Fransadan sonra 5-cı sırada yer alıb. Ölkə yoluxma sayına görə isə artıq iki gündür ki, ABŞ-dan sonra ikinci yerdədir. Bu səbəbdən ABŞ qapılarını Braziliya vətəndaşları üçün bağladığını bəyan edib.

Mənbə: axar.az