Tovuzda avtomobilin vurduğu piyada xəsarət alıb

Tovuzda avtomobilin vurduğu piyada xəsarət alıb

Tovuzda yol qəzası zamanı piyadanı avtomobil vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qala Qapıları adlanan ərazisində (rayonun girişində) qeydə alınıb.

Avtoqəza zamanı "Lada Priora" markalı minik maşını orta yaşlı kişini vuraraq ona xəsarət yetirib. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Mənbə: apa.az