Gəncədə 61 yaşlı kişinin meyiti evində aşkarlandı - Meyitə kəsici – deşici alətlə xəsarət yetirilib

Gəncədə 61 yaşlı kişinin meyiti evində aşkarlandı - Meyitə kəsici – deşici alətlə xəsarət yetirilib

Bu gün səhər saat 8 radələrində Gəncə sakini, 61 yaşlı Asim Yusifovun mənzilindən üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

Faktla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Artıq Şahidlər dindirilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Hazırda cinayəti törədən şəxs və ya şəxslər müəyyənləşdirilir.

atv.az

Mənbə: www.atv.az