Türkiyədə korona ilə bağlı son durum: Ciddi artım...

Türkiyədə korona ilə bağlı son durum: Ciddi artım...

Türkiyədə son sutkada 28 nəfər yeni tip koronavirusdan vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.

O bildirib ki, bu gün 948 nəfərdə yoluxma faktı aşkarlanıb, 492 nəfər isə sağalıb. Nazir sağalma sayında ciddi artım müşahidə olunduğunu deyib.

Qeyd edək ki, bu vaxta qədər Türkiyədə 158 min 762 nəfər koronaya yoluxub. Onlardan 4397-si vəfat edib.

Mənbə: axar.az