42 yaşlı qadını ilan sancdı

42 yaşlı qadını ilan sancdı

Samux sakinini ilan sancdı.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Eldar kəndində qeydə alınıb. 1978-ci il təvəllüdlü Həsənova İlhamə Nürəddin qızını ilan sancıb.

Qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Qadına ilan zəhəri əleyhinə zərdab vurulub.

BAKU.WS

Mənbə: baku.ws