Torontoda atışma zamanı üç nəfər xəsarət aldı

Torontoda atışma zamanı üç nəfər xəsarət aldı

Kanadanın ən böyük şəhəri olan Torontonun mərkəzində silahlı insident baş verib.

“Report”un məlumatına görə, bu barədə “CBC” telekanalı məlumat yayıb.

Atışma zamanı biri uşaq olmaqla üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Həkimlər uşağın və bir kişinin həyatı uğrunda mübarizə aparır. Digər yaralı olan qadının vəziyyəti ağır, amma stabildir.

Polis hadisə ilə bağlı təhqiqat aparır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs hələ saxlanılmayıb.

Mənbə: report.az