Qonşu ölkədə pişikdə koronavirus tapıldı

Qonşu ölkədə pişikdə koronavirus tapıldı

Rusiyada yeni tip koronavirusa görə test edilən pişiyin nəticəsi müsbət çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı məlumat yayıb.

"5 yaşlı pişiyin boğazından və burnundan lazımi nümunələr götürülüb və heyvanın COVİD-19-a yoluxduğu müəyyənləşib", - məlumatda bildirilib.

Hələ ki, pişiyin sahiblərində sözügedən virusun olub-olmaması haqda açıqlama verilməyib.

Mənbə: axar.az