Virusun mərkəzindən koronavirusla bağlı son vəziyyət

Virusun mərkəzindən koronavirusla bağlı son vəziyyət

Bakı. Trend:

Çində ötən sutkada aktiv formada keçən koronavirusun yaratdığı xəstəliyə yoluxmanın bir faktı qeydə alınıb, 28 asimptomatik xəstə müəyyən edilib.

Trend-in məlumatına görə, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi bildirib.

Xəstəliyin aktiv forması ilə yeganə yeni yoluxan şəxs xaricdən Şanxaya gəlib. Aşkar edilən bütün asimptomatik koronavirus daşıyıcıları ölkə daxilində aşkar edilib.

Koronavirusla bağlı ölüm halı qeydə alınmayıb.

Ötən ilin dekabr ayından bəri Çində 4 min 634 nəfər koronavirusun qurbanı oldu, 82 min 993 aktiv yoluxma halı qeydə alındı, onlardan 1 min 732-i xaricdən xaricdən gətirilib.

Mənbə: az.trend.az