Bu ölkənin qocalar evində 10 335 nəfər koronavirusdan ölüb

Bu ölkənin qocalar evində 10 335 nəfər koronavirusdan ölüb

Fransada COVİD-19 qurbanlarının sayı 28 530 nəfərə çatıb.

Modern.az xəbər verir ki, hazırda 16 264 nəfər xəstəxanalarda müalicə alır.

Ölkənin Baş Səhiyyə İdarəsinin məlumatına görə, son 24 saatda daha 318 nəfər xəstəxanaya müraciət edib.

Məlumata görə, yoluxanlardan 1555 nəfərin vəziyyəti ağır hesab olunur, onlar reanimasiya şöbələrinə yerləşdirilib: "Epidemiyanın başlanğıcından bəri 100 841 nəfər xəstəxanaya çatdırılıb, onlardan 17 807 nəfəri isə reanimasiyalara yerləşdirilib. 65 879 nəfər evə buraxılıb. İndiyədək 28 530 nəfər dünyasını dəyişib, onlardan 18 195-i xəstəxanalarda, 10 335-i isə qocalar evlərində və digər tibbi-sosial müəssisələrdə ölənlərdir".

Mənbə: modern.az