Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb

Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb

Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü, 30 yaşlı Kürdəmir rayon Pirli kənd sakini Məhərrəmov Anar Ağaələsgər oğlu “BMV” markalı avtomaşınla İmişli rayonu istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan sürücü təcili tibbi yardım maşının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az