Cənubi Koreyada son 24 saat ərzində 40 nəfərdə koronavirus aşkar edilib.
KONKRET.az xəbər verir ki, bu barədə mayın 27-də ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat verib.
Mənbə bildirir ki, 40 yeni yoluxmadan 37-si yerlidir, 3-ü idxal olunub.
Bütün pandemiya ərzində ölkədə sağalan insanların sayı 10.295 nəfər (91.4%) təşkil edib.
269 xəstə ölüb, 11265 nəfər koronavirusa yoluxub.
Mənbə: konkret.az