Bakıda saxlanılan narkotik alverçilərindən soyuq silahlar götürülüb

Bakıda saxlanılan narkotik alverçilərindən soyuq silahlar götürülüb

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın məlumatına görə, Yasamal rayon Polis İdarəsinin Post-Patrul Bölüyü əməkdaşları tərəfindən Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü İlham Nağıyev və Siyəzən rayon sakini 1988-ci il təvəllüdlü Tural İlyasov saxlanılıb.

Onların üzərindən 0, 285 qram metamfetamin, 4 ədəd bıçaq və dəmir parçaları aşkarlanıb.

Saxlanılan şəxslər 26-cı Polis Bölməsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az