Kanadada atışma baş verib, ölən var

Kanadada atışma baş verib, ölən var

Kanadanın Toronto şəhərinin şərq hissəsində ötən gün törədilən silahlı hücum nəticəsində 21 yaşlı gənc öldürülüb, 15 yaşlı yeniyetmə və 27 yaşlı qadın isə yaralanıb.

"Report" CBC-yə istinadən xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdirilib.

Ölənin və yaralananların adları açıqlanmır.

Şəhərin polis rəisi Mark Saunders bildirib ki, həmin gənc və yeniyetmə avtomobillərinə minmək istəyərkən onları 40 dəqiqə ərzində yaxınlıqda park edilən avtomobildə gözləyən naməlum şəxslər güllələləyib: "Bu zaman yaxınlıqdan təsadüfən keçən qadın da güllə yarası alıb".

Hadisəni törədən şəxslər dərhal göy rəngli "Tiguan" markalı avtomobillə həmin yerdən uzaqlaşıblar. Polis onları axtarır.

Mənbə: report.az