Alimlərdən xəbərdarlıq:  Braziliyada koronavirusdan ölənlərin sayı 125 minə çatacaq

Alimlərdən xəbərdarlıq:  Braziliyada koronavirusdan ölənlərin sayı 125 minə çatacaq

Braziliya, Peru, Çili, Salvador, Qvatemala və Nikaraqua kimi Latın Amerikasının bir sıra ölkələrində koronavirusa yoluxmuş insanların sayı sürətlə artır.

KONKRET.az xəbər verir ki, ÜST-ün Amerika üzrə direktoru və Pan Amerika Sağlamlıq Təşkilatının rəhbəri Karissa Etienne Braziliyada keçən həftə epidemiya başlayandan bəri yeni infeksiyaların ən yüksək olduğunu söyləyib.

Bu günə qədər Braziliyada 394,5 min koronavirus hadisəsi təsdiqlənib. Bu saya görə ölkə ABŞ-dan sonra ikinci yerdədir.

Johns Hopkins Universitetinin məlumatına görə, mayın 27-nə olan məlumata görə, ölkədə 24 512 nəfər virusdan ölüb.

Bu bazar ertəsi Braziliyada gündəlik ölüm nisbəti dünyada ən yüksək olub və Vaşinqton Universitetinin tədqiqatçıları avqustun əvvəlinə qədər ölkədə ümumi ölüm sayının 125 minə qədər artacağını xəbərdar ediblər.

“Həm Peru, həm də Çili yüksək yayılma nisbətlərini bildirirlər. Bu, virusun bu ölkələrdə yayılmasının hələ yüksək olduğuna işarədir”. Etienne onlayn brifinqdə belə deyib.

Peruda 129,7 mindən, Çilidə isə 77,9 mindən çox yoluxma faktı təsdiqlənib.

Peruda keçən həftə iyunun sonuna qədər karantin müddəti uzadılıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az