Amerikada DƏHŞƏTLİ HADİSƏ! Yüzlərlə insan küçələrə axışıb, polisi daşladı - VİDEO

Amerikada DƏHŞƏTLİ HADİSƏ! Yüzlərlə insan küçələrə axışıb, polisi daşladı - VİDEO

ABŞ-ın Minesota şəhərində fırıldaqçılıq səbəbindən yaxalanan qara dərili şübhəli, polis tərəfindən öldürülüb.

Metbuat.az xəbər verir ki, bu hadisə polisin qara dərili vətəndaşı başqa bir şübhəliyə bənzətməsi səbəbindən baş verib.

Bu zaman polis onu yerə yıxaraq ayağı ilə boğazından sıxıb nəfəs almağa imkan verməyib. Nəticədə tutulan şəxs nəfəssiz qalıb. Ona ilk yardım edilsə də çox keçmədən o xəstəxanada həyatını itirib. Baş vermiş bu hadisə ABŞ-da insanların qəzəbinə səbəb olub. Fakt ilə əlaqədar araşdırma aparılarkən hadisəyə qarışan dörd polis əməkdaşının işdən azad edildiyi bildirilib.

Bundan sonra yüzlərlə insa həm polis bölməsinin qarşısında, həm də hadisənin baş verdiyi yerə toplaşaraq "Amerikada qara olmaq ölüm hökmü olmamalıdır" deyə şüarlar səsləndiriblər. Hadisə zamanı kütlə ilə polis arasında çaxnaşma yaranıb.

Son məlumatlara görə nümayişçilər polis maşınlarının şüşələrini qırıblar. Kütləyə müdaxilə zamanı polis gözyaşardıcı qazdan istifadə edib.

Yüzlərlə insanı hiddətləndirən həmin hadisənin görüntülərini təqdim edirik:

Mənbə: metbuat.az