Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

Yerli vaxtla saat 11:39-da Lənkəran ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verib.

Yeraltı təkanın episentri Lənkəran stansiyasından 19 km şimal-qərbdə, 10 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar 3,5 maqnitudada qeydə alınıb. 

Mənbə: oxu.az