50 gündən sonra virusa yoluxmada KƏSKİN ARTIM

50 gündən sonra virusa yoluxmada KƏSKİN ARTIM

Koronavirusla mübarizədə örnək ölkə kimi göstərilən, həftələrdir virusa yoluxma sayında azalma müşahidə edilən Cənubi Koreyada 50 gündən sonra 40 yoluxma hadisəsi qeydə alınıb.

Cebhe.info xəbər verir ki, bununla COVİD-19 diaqnozu qoyulan şəxslərin ümumi sayı 11 265-ə yüksəlib. İnfeksiyaya yoluxan 3 nəfər ölkə xaricindən gəlib. Yoluxma hallarının çoxu paytaxt Seulda qeydə alınıb. Bu da orada əyləncə məkanlarının çoxluğu səbəbilə olub.

Həmçinin, ümumi ölüm sayı 269 olaraq qalıb. Ölkədə indiyədək 10 295 koronavirus xəstəsi sağalıb.

Mənbə: cebhe.info