Səudiyyə Ərəbistanında silahlı atışma olub, 6 nəfər ölüb

Səudiyyə Ərəbistanında silahlı atışma olub, 6 nəfər ölüb

Səudiyyə Ərəbistanının Asir əyalətində bir neçə nəfərin ölümü ilə nəticələnən silahlı atışma olub.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Saudi Press Agency” yayıb.

Əyalət polisinin nümayəndəsi polkovnik-leytenant Zayd Məhəmməd Əl Dabbanın sözlərinə görə, hadisə nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

Mənbə: report.az