ABŞ-da qaradərili vətəndaşın öldürülməsi etirazlara səbəb oldu - Foto/Video

ABŞ-da qaradərili vətəndaşın öldürülməsi etirazlara səbəb oldu - Foto/Video

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində əhali qaradərili vətəndaşın polis tərəfindən qətlə yetirilməsinə etiraz olaraq aksiya keçirib.

Aksiya iştirakçıları “Ədalət yox, Sülh yox” şüarları səsləndiriblər.

ABŞ polisi aksiya iştirakçılarına qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.

Buna cavab olaraq aksiya iştirakçıları polis avtomobillərinə hücum edərək onları sıradan çıxarıb. Qarşıdurmaların hələ də davam etdiyi bildirilir.

Xatırladaq ki, bir müddət öncə polis əməkdaşları Corc Floyd adlı qaradərili vətəndaşı saxlayarkən ayaqlarını boğazına sıxaraq onun ölümünə səbəb olublar.

Qeyd edək ki, ABŞ-da hər il qaradərili vətəndaşlara qarşı polis tərəfindən mütəmadi olaraq əsassız güc tətbiq edilir və onların ölümünə səbəb olur. Həmçinin ABŞ dünyada ən çox irqi ayrıseçkilik yaşanan ölkədir.

ABŞ polisinin qaradərili vətəndaşı öldürmə görüntüsü:

Mənbə: Eastnews.org

Mənbə: eastnews.org