Salyanda kanaldan tapılan meyit: 51 yaşlı qadını öldürən kimdir... YENİKƏNDDƏ MÜƏMMALI QƏTL

Salyanda kanaldan tapılan meyit: 51 yaşlı qadını öldürən kimdir... YENİKƏNDDƏ MÜƏMMALI QƏTL

Ötən gün günorta saatlarında Salyan rayonunun Yenikənd kəndində cəsədi şor suları axıdan kollektordan tapılmış qadının kimliyi müəyyən edilib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, onun 51 yaşlı Saatlı şəhər sakini İbrahimova Şəhla Xudaşükür qızı olduğu məlum olub. Qeyd edək ki, qadının meytinin müayinəsi zamanı onun qətlə yetirildiyi aşkar edilmişdi.

Faktla bağlı cinayət işi qaldırılıb.

Mənbə: virtualaz.org