Koronavirusdan ölənlərin sayı psixoloji həddi keçdi

Koronavirusdan ölənlərin sayı psixoloji həddi keçdi

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 681 min 418 nəfərə çatıb

Dünyada koronavirusa yoluxanların sayı 5594175-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 350509 nəfər vəfat edib, 2288579 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 681 min 418 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 362342 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənbə: sputnik.az