Bakıda avtomobil divara çırpılıb - FOTOLAR

Bakıda avtomobil divara çırpılıb - FOTOLAR

Bakının Böyükşor şossesində, Koroğlu metrostansiyası yaxınlığında baş vermiş qəzanın təfərrüatları məlum olub.

“Hyundai” markalı, 99-UM-411 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək divara çırpılıb.

Nəticədə iki nəfər ağır xəsarətlər alıb. Onların hər ikisi Təcili Tibbi Yardım vasitəsilə 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb. (APA)

Mənbə: faktor.az