Rusiyada 5 yaşlı pişik koronavirusa yoluxub

Rusiyada 5 yaşlı pişik koronavirusa yoluxub

Koronavirus heyvanlar arasında da yayılmağa başlayıb. Rusiyada 5 yaşlı pişik koronavirusa yoluxub.

Yenisabah.az xəbər verir ki, bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı məlumat yayıb.

Açıqlamada bildirilib ki, pişikdə COVİD-19-a səbəb olan SARS-CoV-2 virusu təsbit edilib: "SARS-CoV-2-nin varlığını müəyyənləşdirmək üçün aparılan laboratoriya çalışmaları zamanı pişiyin boğaz və burnundan nümunə götürülüb. Araşdırma polimeraz zəncir reaksiyası texnologiyasına uyğun olaraq aparıldı. Analizlər nəticəsində heyvanda koronavirusun olduğu ortaya çıxdı. Pişik yaşadığı yerdə karantin altına alınıb".

Mənbə: yenisabah.az