Almaniyada son sutka ərzində 47 nəfər koronavirusdan həyatını itirib

Almaniyada son sutka ərzində 47 nəfər koronavirusdan həyatını itirib

Almaniyada son 24 saat ərzində koronavirusdan 47 yeni ölüm halı qeydə alınıb.

Bu barədə Robert Koch İnstitutu (RKI) məlumat yayıb.

Bununla da ölkə üzrə ümumi ölüm sayı 8 349-a çatıb. Həmçinin cəmi yoluxma sayı 179 364-ə bərabər olub.

Çərşənbə axşamı günü Almaniya hökuməti sosial məsafə qadağalarının iyun ayının 29-na qədər uzadıldığını bildirib.

Qanun çərçivəsində 10 nəfərdən çox insanın ictimai ərazilərdə toplanması qadağan edilib.

Mənbə: qazet.az